Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.

Kəpənək geydiyimə kimsələr eyb eyləməsin,Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək.

Kəpənək geymişəm, əndişədən azad olubam,Üşümək müşkülünü eylədi asan kəpənək.

Mə’rifət əhlinə gəldi kəpənək ətləsi-xas,Nə rəvadır ki, geyə cahilü nadan kəpənək.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur,Geymədi münkir anı, sandı ki, zindan kəpənək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət