Buludlar getdi dənizə,Dəniz çiməcək bu gecə.Dənizə düşən damcınıBalıq əməcək bu gecə.

Ürək dolub bulud kimi,Bu bir köhnə bayatıdır.Ağlamağa ən xəlvət yer,Leysan yağışın altıdır.

Balıq deyiləm mən susam,Dəniz içində susuzam.Ömrüm dönüb yuxu ola,Mən onu tərsinə yozam.

Buludlar gedir dənizə,Hər damlası bir sözüdür.Buludların ağlamağa,Xəlvət yeri dənizidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar