Dəli ürəyim
Dəli ürəyim,qışqırsana bir gecə,yatmadığımı hamı bilsin.Elə qışqırşəhərdə heykəllər dirilsinAsfaltın altındasəksənsin qara torpaq.Dəli ürəyim, bəri bax,partlama, qışqır ancaq.Sənin dəliliyindəncoşmuşam, çağlamışam,Sənin ağrılarından,uşaq kimi ağlamışam.Mən səni daş hasardasaxlamışam.Ayağımın altı daş,başımın üstü daş,dörd yanım daş.Sən ki daş deyilsən, qardaş!Nə istəyirsən axı?Yerin xamlığını əlindən aldıq,göydən qovduq AllahıSən ətri qoxulanmamışçiçək axtarırsan.Dodaq dəyməmiş söz,Xal düşməmiş ürək axtarırsan.Sinəmdə od qalayırsan.Sinəmdə dil qanmaz körpə kimiçapalayırsan.Maşınların arasındansalamat çıxmağa gümanım olmaz,işıqlar gəlməsə köməyə.İstəyini üzüm gəlmir deməyə.Gərək cilov boşaltmayaq sözə.
Vallah, gülərlər bizə.Dəli ürəyim, qışqırsana bir gecə,yatmadığımı hamı bilsin.Elə qışqır, heykəllər də dirilsin...
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-deli-ureyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir