Cəbinin təcəlla, cəmalın günəş,Küll şeyün halik – Allah deyibdir.İki qabe–qövsin, qürrətüleyninBilməzəm qanıma nə susayıbdır!

Cəbrayıl ki gəldi ərşi-əladan,Gəldi xəbər gətdi lövhi-ülyadan.Cəmalın şövqinə ta sürəyyadanAy şəbxun eyləyib, gün ilğayıbdır.

Sana dostum dedi rəbbülaləmin,Onun hökmündədir ərş ilən zəmin,Cəbrayıl, Mikayıl, İsrafil, Əmin,Firiştələr qulluğunda nayibdir.

Cəmalın şövqindən nəzl oldu ayə,Heç aşiq düşməsin bu təmənnayə,Mələklər çıxanda ol tamaşayə,Dedilər, bu nə nur, nə əcayibdir!

Vilayət yiyəsi, ey kərəm kanı,Dünyavü axirət darüləmanı,Qurbani, bəşərsən, həddini tanı,Məlaik üzünə durmaq ayıbdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq