Mənə "əsəbisən" deyən - düz deyir.Mənim nöqsanımı demək istəyir.Söz atdın...Könlümdə qopdu zəlzələ,Bilmədim, nə zaman çıxdım özümdən.Toxundun könlüməüstəlik hələDeyirsən, lal olum, qışqırmayım mən?Dəmir dəmirdi ki, toxunsan əgərO da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına,Əsəbiyəm,çünki həyəcanım var.Hardasa bir haqqın tapdanmasınaMən dözə bilmərəm, isti qanım var.

Mənə biganədir soyuqqanlılıq,Hər şeyə öz ölçüm, öz tərəzim var.Sənin qərəzinin mənə dəxli yox,Mənim öz görüşüm, öz qərəzim var.De, necə od tutub alışmayım mən –Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm,heç çəkinmədənMənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam.Anladım,Ürəyim od tutub yanar.Bəli, əsəbiyəm, çünki insanam,Mənim nifrətim var, məhəbbətim var.Quzuya da bəli,Qurda da bəli?Deyirsən, olmasın baxışım mənim?Nöqsanım budursa əgər...deməli,Ancaq naxışımdır yanlışım mənim.

İyul, 1979

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri