İşıq və təzə aləm
Baği-vətənə axmada mizabi-təcəddüd,Canbəxş oluyor qönçələrə abi-təcəddüd.Bir başqa gözəllik duyulur əski cahanda,Vicdan çiçəyin güldürüyor tabi-təcəddüdBu gülləri təhqir qılan xar olacaqdır,Ehraz edəcək izzəti ərbabi-təcəddüd.Parlatmadı sağlıqda dili-əhli-ləyali,Öldükdə qonar qəbrinə şəbtabi-təcəddüd.Bir bakirə qızdır, qocalan ərlərə varmaz,Kəndisi kimi gənc arayar şabi-təcəddüd.Maziyi-mücəssəmlərə verməkdə cəfayi,Hal əhlini etməkdə səfayib təcəddüd.Qayətdə məhabətli gəlir, qərq edəcəkdir –Qə'ri-ədəmə xəsləri seylabi-təcəddüd.Qəvvaslığı bilməyəni qərqə müheyya,Pərvasız uçar səthdə mürğabi-təcəddüd.Əmvaci-ziyadır, udur əfvaci-zülami,Etməkdə bunu əhlinə işrab təcəddüd.Tə'til qılıb çərxini gərduneyi-təcəddüdİrca'i-nəzər eylə, olub maziyi-müzlim,Gördünmü onu, eylədi bitab təcəddüd?Mərhumə birər fatihə göndərməli artıq,Ölmüş o, yaşa sən də, ey əhbabi-təcəddüd!Hal əhli biziz, zadeyi-müstəqbələ qibtə,Gündən-günə parlaq doğar ənsabi-təcəddüd.Tə'tili-vəzaif edir irqi-mütfəsad,Təhriki-qüva etmədə ə'sabi-təcəddüd.Mazi ki, cəhənnəm idi, bağlandı qapısı,Cənnətlər açılmış, bax, odur babi-təcəddüd.Ey gülşəni-hürriyyətə müştaq olan insan,Mazini itir, istəmə, dəryab təcəddüd.Dur, müştəri ol gövhərrəxşani-nəvinə,Aya nədir o?! Gövəri-nayabi-təcəddüd.Hər millətə bu Şövkəti bəxş etdi şəci'an,Ənvərdir olan millətə vəhhabi-təcəddüd.Naqis dilədi söndürə müşkati-Kəmali,Yandırdı, kül etdi onu ilhabi-təcəddüd.Son damla qanın tökdürəcək, verməyəcəkdi –Bu dilbəri-gülçöhrəni əhzabi-təcəddüd.Tərzi-kühən ilə nəyə lazım bu oyaqlıq,İzzətlə uyub görməlidir xabi-təcəddüd.
Məşhərlərə zinət veriyor əksi-Niyazi,Nə çöhreyi-Ənvər yağıyor abi-təcəddüd.Rüxsarına düşmüş dilinin əksi-ziyası,Cəzzabi-nəzərdir ülüləlbabi-təcəddüd.Nazəndə ziyalar uçuyor nasiyəsindən,Nurlandırıyor gözləri mehtabi-təcəddüd.Ənzarə ziya sərpiyor ol nuri-mücəssəm,Oxşar ürəyi lövheyi-cəzzabi-təcəddüd.Səndən də gözəldir, səhərim, ruyi-həqiqət.Şahidmi? Şu simayi-cahantabi-təcəddüd.Səndən də işıqdır, qəmərim, şəmsi-məhəbbət,Minlər yaşa, ey ədl, müsavat, üxüvvət!
16 may
Kitabxana.az · https://kitabxana.az/works/hadi-isiq-ve-teze-alem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Əgər insaf ilə sorsan, həqiqətƏgər insaf ilə sorsan, həqiqət, –Deyil bu hal şayani-ədalət.
Mütaliəyə dairKəndində yar et, əfəndim, dəftəri-canpərvəri,Ruhbəxşi-mürdəgandır elmü hikmət dəftəri,
Məhəmmədəli Mirzənin nəzəri-diqqətinə ədalətli bir vəsiyyətEşitdim ölən vəqt Nuşirəvan –Öz övladına böylə qıldı bəyan:
Başqa şairlərin şeirləri
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
QazıƏla, ey münisi-dirinə, qazı,Yetibdir sən, kər, sittinə, qazı.
Ay qurdGetdin gördün quzu,Neyləyirsən istiotu, duzu?