Əziz dostum!
İki şey yarı yardan ayırar:Birisi mövtdür, biri hicran.Məni səndən ayırsa da dövran,Əsərim səndə yadigar qalar.
Ətfi-çeşm eylədikcə surətimə,Duyacaqsan dilində zövqü əza,İstərəm mən də ki, xəyali-Riza –Mədfən olsun mənim həqiqətimə.
29 may
Kitabxana.az · https://kitabxana.az/works/hadi-eziz-dostum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə yaxşılıq baş verməli insan olanlardan,Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.
Acı həqiqətlər qarşısında dadlı xatirələrÇox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.
ƏməlƏməl bir nurdur, yə's isə bənzər tibq zülmətə,Bu oylə bir həqiqətdir ki, hacət yoxdur isbatə.
BəşərBəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır,Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır.
Başqa şairlərin şeirləri
Şəm’ tək könlüm yanar yüzin görüb cananənin,Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin.
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.