Süyuli-qəm ediyor qəlbimi xərab mənim,Cahanda sanki nəsibimdir iktirab mənimRəmidə olmada məndən şu huri-kəpkixüram,Bu seydgəhdə şikarim olur qürab mənim.O rütbə qət’i-ümidəm ki, abi-vəslindən –Bütün cahan görünür didəmə sərab mənim.Saçın kimi günüm oldu siyah qürbətdə,Cavanlığım gülünü tökdü iğtirab mənim.Tükəndi səbrim, ilahi, yox ehtimali-vüsal,Əritdi cismimi nirani-iztirab mənim.O rütbə təşnələbi-sağəri-vüsaləm kim,Ətəşmi dəf’ edəməz kasələrlə ab mənim.Fəraqının səmi qılmış məzaqimi təsmim,Gəlir dimağıma şəhdab zəhrab mənim.Bu dağdarinə bax, mərhəmət qıl, ey qəddar,Rəvamı qismətim olsun bu piçü tab mənim?Tələmmüati-cəmalın görünməyən dəmlərNigahıma kəsilir zülmət afitab mənimDilərsə könlüm əgər bir çiçək, o gülfəmdən,Gəlir qulağıma qəhr ilə bir xitab mənim.Edərsəm, ah, əgər arizuyi-vüslətini,Ümidimə verilir rədd ilə cavab mənimBu yanda tə’neyi-əğyar, o yanda nazi-nigarDili-həzinimə verməkdədir əzab mənim.Səvab işləyəcəkmi şu yar bilməm ki?Məzaradək çəkəcəkmi dilim iqab mənim?Bəlakeş aşiqinə satma bunca istiğna,Bu nazın etmədədir könlümü kəbab mənim.Nə hüznlər, nə ələmlər, nə qəmlər, ey afət!Təhəssüratımı yazsam olur kitab mənim.Xilas olmağa, Hadi, yədi-bəlayadənDəvayi-dərdi-dilimdir şərabi-nab mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran