Ay ellər, sanmayın həyatda bir gün,Birgünlük şam kimi sönəcəyəm mən.Dəmirçi atamın ocağındakı,Gur, sönməz alova dönəcəyəm mən.

Yoldayam, yoldayam illər uzunu,Gəzirəm vüsalın dan ulduzunu.Sonsuz ayrılığın qəm ordusunu,Öz vüsal ordumla yenəcəyəm mən.

Minib Bozatına Qaçaq Nəbinin,Ellər sevimlisi Qaçaq Nəbinin,Yadların gözünə bıçaq Nəbinin,Yerə Təbrizimdə enəcəyəm mən.

İçdiyim andımı pozan deyiləm,Pozarsam, deməli, ozan deyiləm.Təbriz deyildimi, susan deyiləm,Torpaq altında da dinəcəyəm mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran