Uzanır mavi dəniz, yox sonu, yox əvvəli də,Nə genişdir, nə dərindir, necə safdır suları!Dayanıb mən onu seyr eləyirəm sahildə.Heç nəyim olmasa da, dostlarım, aləmdə barıMənim olsun deyirəm tək bu gözəllik, saflıqBu genişlik, bu dərinlik, ilahi şəffaflıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri