Sən baxa bilmirsən mənim üzümə,Sən baxa bilmirsən mənim gözümə.Sənin gözlərinə baxan zaman mənGözünü gözümdən çəkirsən fövrən,Fövrən baxışların çevrilir yana,Elə bil varlığın düşür tufana.Gözlərin gözümə davam gətirmir,Bir mənə, bir sənə bəllidir bu sirr.Bir vaxt təmiz idin quzey qarıtək,Gözlərin səmanın ulduzlarıtək

Parlaqdı, aydındı, safdı, gülərdi.O gözlər nurilə zülmət dələrdi.O vaxt açıqüzlə deyib-gülürdün,Günəşin özünə baxa bilirdin.İndisə...Dəyişdin, döndün büsbütün.Gözəl dünəninə kölgəsən bu gün.Deyirlər ürəyin mənasıdır söz,Deyirlər ürəyin aynasıdır göz,Gözünə baxıram, gözlər o deyil,Sözünə baxıram, sözlər o deyil.Gözünü gözümdən fövrən çəkirsən,Gözünü uşaqtək yerə dikirsən.Hayıf bir zamankı gözlərə, ay dost!Hayıf bir zamankı sözlərə, ay dost!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri