Dost həsrəti
Sən inciyib getdin, ay dost,Həftələrim aya dönüb.Sənsiz soyuq keçən günlərBuz bağlayan çaya dönüb.Dost həsrəti nə ağırmış,Dostun dağı yaman dağmış.Düşünməzdim könlüm səniBu həsrətlə anacaqmış.Alıb kitab oxuyuram –Tez qarışır ağla qara,Bənzəyirəm gözlüyünüİtirmiş bir ixtiyara.İki söz də yazammıram,Küsdürmüşəm sanki təbi.Elə bil ki, quruyubdurQələmimin mürəkkəbi.Səsin yenə qulağımdaCingildəyir nida kimi.Gülüşlərin eşidilirHərdən əks-səda kimi.Sənsizlikdən günəşin dəAzalıbdır sanki nuru.Otağımda yerin boşdur,Ürəyimdə yerin durur.Həyətim də, eyvanım daGəlişinə müntəzirdir.Açıq süfrəm, dadım – tamımGülüşünə müntəzirdir.Ürəkaçan söhbətinə,Sualına müntəzirəm,Bir baxımlıq, bir görümlükVüsalına müntəzirəm.Gözlərində günəş gəzənGünəbaxan həsrəti var.Gözlərimdə dost itirmişBir insanın möhnəti var.Ürəyimdə ümidsizlik,Ümid, güman savaşı var.Dodağımda həsrətinlə,Başqalaşıb bayatılar:
Bulud keçdi, çən gəldi,Kətan köynək tən gəldi.Qapıya kölgə düşdü,Elə bildim sən gəldin.
Gəl ümidin qanadında,İntizarın belini qır.Gəl bir ildə iki dəfəÇiçək açsın çəmən-çayır.Gəl bir ildə iki dəfəSənə çiçək daşıyım mən.İki bahar yaşayım mən,İki ömür yaşayım mən.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-dost-hesreti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qız keçir küçədən – bir gözəllik timsalı:Necə təsvir edim mən surətini, boyunu?!
Kiçik təkanla da şütüyür qayıqKiçik təkanla da şütüyür qayıq,Mavi bir səhraya baş alırıq biz,
Sevgilim, tut əlimdənSevgilim, tut əlimdən,Gedək üzü küləyə,
Nə qədər uzağıq bir-birimizdənNə qədər uzağıq bir-birimizdən,Arada dənizlər, dağlar var indi.
Başqa şairlərin şeirləri · Hicran
Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Canıma canına qurban deməyim, bəs nə deyim?
گمان مبر که ز مهر تو دست وادارمکه گر چه خاک زمینم کنی، هوا دارم
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.