Kiçik təkanla da şütüyür qayıq
Kiçik təkanla da şütüyür qayıq,Mavi bir səhraya baş alırıq biz,Elə bil səmanın qucağındayıq,Uzaqda birləşir üfüqlə dəniz.
Mən avar çəkirəm...Boz darı kimiArabir saçına səpilən sularRəngdən-rəngə düşür mirvari kimi,Yanır, şölələnir, parlayır par-par.
Mən avar çəkirəm...Sənin gözündəSəadət görürəm bu dəniz qədər.Fikrimdə deyirəm bu dəm özüm də:Bəxtiyar varmıdır ikimiz qədər?
Mən avar çəkirəm...Düşünmürəm heçQəflətən oyanar fırtına, boran,Sən mənə desən ki, ümmanları keç,Bu kiçik qayıqla keçərəm, inan.
Ömür dənizində səninlə qoşaYelkənə çevirib məhəbbətimi,Bu kiçik qayıqda vuraram başaƏn uzun –Magellan səyahətini!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-kicik-tekanla-da-sutuyur-qayiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Göz içrə ol gözələ bir əziz məkan verdimBəzək deyə, evinə ləxtə-ləxtə qan verdim.
Amali-tərəqqiHəqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,