Nə qədər uzağıq bir-birimizdən,Arada dənizlər, dağlar var indi.Bura şaxta düşcək deyirəm ki, mənBəlkə də oraya yağıb qar indi.

Mənə belə gəlir...Əslində ordaBahar çiçəkləri açıbdır yəqin.Çoxdan sovuşubur boran da, qar da,Artıq üşüməyir əlcəksiz əlin.

Bunları bilirəm,Fəqət neyləyim,Qəlbim sənin üçün çox narahatdır.İstəsən təskinlik tapsın ürəyimBir yaz çiçəyini tez ona çatdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar