Susmaq azadlığı
Nottingemin izdihamlı yerində,Əllərində mikrofonlar, vərəqlər –Hüzurunda polisin də, merin dəŞüar deyir, nitq eləyir beş nəfər.
Mikrofonu bir-birinə ötürür,Beşinin də köpüklənir ağızı.Biri qoyur, o birisi götürürHüquqların yazıldığı kağızı.
Kağız bəyaz sinəsinə nəqş edib:Azad vicdan, azad dilək, azad söz.Gör insana kağız nələr bəxş edib:Azad əmək, azad ürək, azad göz.
Göy üzündə ulduzların sanı var,Yer üzündə azadlığın sanı yox.Sözlərdi də, qucaq-qucaq al, apar,İstisi yox, soyuğu yox, canı yox.
Beş nəfərin nitqi yenə kəsilmir,Səslərindən sanki dünya oyanar.Polis keçir – qabırğalar əzilmir,Polis keçir – əl atılmır naqana.
Biri coşub söz yağdırır küçədəKallagenin ünvanına nə qədər.Biri deyir: bir bezdəndir üçü də: –Leyboristlər, liberallar, köhnələr¹.
Sanıram ki, indi odlu silahlarBeş nəfəri qanqal kimi biçərlər.Heç məsitmir polisi də “günahlar”,Yanlarından etinasız keçirlər.
Yaman dərddir görünməyə varlığınSöz deyəsən – bir eşidən olmaya.Daş qalağı sanılasan bir yığın,Kimsə səni vecinə də almaya.
Etina da etməyələr sözünə,Saymazyana ötüşələr yanından.Dediyinin əyrisinə, düzünəTüpürmək də istəməyə bir insan.
Cəzaların ən böyüyü, ağırı –Laqeydlik, etinasız baxışlar.“Onun elə hüququ var – bağırır,Mən baxmıram – bu hüquq da mənim var”.
¹ Mühafizəkarlara işarədir.
Cansız valdır o beş nəfər elə bil,Patefonun üzərində fırlanır.Kar yaranıb bütün şəhər elə bil,Qulaq asmır, etinasız dolanır.
O val deyil, yer şarıdır bəlkə də,Fırlandıqca eşidilir naləsi.Hökmdarlar neçə-neçə ölkədəEtinasız qarşılayır bu səsi.
Hökmdarlar, qulaq asın, amandır,Fəryadına insanın siz, yerin siz.Danışdırıb dinləməmək yamandır,Barı susmaq azadlığı verin siz.
...Nottingemin izdihamlı yerində,Əllərində mikrofonlar, vərəqlər –Hüzurunda polisin də, merin dəŞüar deyir, nitq eləyir beş nəfər...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-susmaq-azadligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əli Tudəyə*Saçların ağarır, seyr edirəm mən,
Oxu!(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)*Gözlərim gözündən uzaq olsa da,
Araz, Astaraçay axır lal kimiAraz, Astaraçay axır lal kimi,Onlara çatmırmı sözlərim mənim?
BütövlükYarımçıq bir havanı oxumaq istəyirəm,İstəyirəm yarımçıq bir badəni içəm mən.
Başqa şairlərin şeirləri
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Yar gəldiMövlayə şükr ki yar gəldi,Şirin ləb gül-üzar gəldi,
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,