Süpürgəçilər
Edenburq – AvropadaƏn gözəl, təmiz şəhər.Fəqət yollar, döngələrBu gün çirkli görünür.Hərdən əsdikcə küləkSərxoş dilənçilərtəkXəzəllər, qırıntılarSəkilərdə sürünür.
Bir aydır zibilçilər,Bütün süpürgəçilərİşləmir, tətildədir.Edenburqda bununçünKüçələr zibildədir,Səkilər zibildədir.Süpürgəçi qardaşlar,Sizə iki sözüm var: –Bu tətili qurtarın,Bəsdir, küyə getməyin,Qoy fəhlə tətil etsin,Məmur da tətil etsin,Çörəkçi tətil etsin,Tək siz tətil etməyin!
Onsuz da zibil basıbDünyanın çox yerini –İclas salonlarını,Millət məclislərini.Onsuz da zir-zibilləDoludur arsenallar,Oyuncaqtək oynadırAtomu, neytronuQocalmış generallar.
Qartımış hökmdarlarƏrzi zibilləyibdir,Neçə işıqlı beyni,Düşüncəni, duyğunuGözü zibilləyibdir.
Nəğmələr saxta notla,Kitablar saxta sözlə,Üzlər saxta maskayla,Maskalar saxta üzləZibillənib,Amandır.Tətili dayandarın!Yığın bu zir-zibili,Bir tərəfdə yandırın.İstəsəniz dəmirdənSüpürgələr düzəldin,Dünyamız zir-zibildənTəmizlənsə gözəldir!Dayandırın tətili,Alın süpürgələri,Başlayın işinizə.Bu yolda bir köməkçiGərək olarsa sizə, –Mənə süpürgə verin,Məni süpürgəçitəkGötürün dəstənizə!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-supurgeciler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən yazığın qəm doludu sinəsi,Mən bilmirəm, kimə deyim dərdimi?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi