Mən səni yuxuda görürəm hər günƏn şirin arzular, diləklər kimi.Hərdən qanad açıb pərvaz edirsənBaşımın üstündə mələklər kimi.

Hərdən vüsal olur hədiyyən mənə,Həsrət yaxın düşmür qətiyyən mənə,Hərdən etinasız baxıb sən mənəÖtürsən yanımdan küləklər kimi.

Hərdən üşüdürsən məni qar kimi,Hərdən yandırırsan od, şərar kimi,Çöhrən gah olur gilənar kimi,Gah solur don vuran çiçəklər kimi.

Məni əfi kimi çalıb yuxular,Qovğa dünyasına salıb yuxular,Səbri-qərarımı alıb yuxular,Sərgərdan olmuşam böcəklər kimi.

Demirəm yanıma ilk baharda gəl,İstəsən tufanlı ruzigarda gəl.Ancaq yuxuda yox, aşikarda gəl,Gəl, sözlü, nəğməli ürəklər kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri