Aləm bilir bu həsrəti,Sinəmdəki məhəbbəti,Heç xəbərin yoxdu sənin.

Göylər yanır ulduz-ulduz,Dolaşıram mən yuxusuz,Heç xəbərin yoxdu sənin.

Nəğmələrim zilə gəlir,Dağ da, daş da dilə gəlir,Heç xəbərin yoxdu sənin.

Vurğun etdin özün məni,Güldürər bir sözün məni,Heç xəbərin yoxdu sənin.

Çoxmu çəksin bu möhnətim,Ay dilbilməz məhəbbətim?Heç xəbərin yoxdu sənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri