Çörək
Təzəcə şumlanan torpağın ətriMəst edir,Burnumu qıcıqlandırır.Baharda gəzəsən bizim bu yeri,Zəmilər zümrüdü gölü andırır.
İndisə payızdır.Torpaq çevrilirQara bir kitabın varağı kimi.Torpağın qoynuna dən düşür bir-bir,Günəşin doğranmış saçağı kimi.
Torpağa dən düşür,Yadıma illər...Kim deyir illəri anmaq hədərdi?!Ən acı xatirə –Belə deyirlər –Çörəklə bağlanan xatirələrdi.
Ən ağır sınaq da çörəklə olar,O açır, ağardır əyrini, düzü.Göyə üz tutaraq yazıq babalarDeyərmiş:Çörəklə sınama bizi!
Çörəyə deyiblər ərzin yaşıdı,Birinci o açıb torpaqda çiçək.Dünyanın ən qədim vətəndaşıdırBu gün süfrəmizi bəzəyən çörək.
Çörək bol olanda duyulmur heç nə,Sanırsan axşam da nurlu səhərdir.Sən insan yolunda canından keçmə,Bircə çörəyindən keçsən, hünərdir!
Çörək də günəştək götürmür ləkə,SanırsanOnun da bol zəri vardır.Elə ona görə çörəyin bəlkəGünəşə bu qədər bənzəri vardır!
Çörəkli kişilər mərd sanılıbdır,Dildən-dilə düşüb öz süfrəsiylə.Çörəkverməzlər də tez tanınıbdır –Dönüş xislətiylə, əqidəsiylə.
Mənim hafizəmdə həkk olub qalanNə həsrət, nə xeyir, nə də ki, şərdir.Yaddaş kitabımda dərin iz salanÇörəklə bağlanan xatirələrdir.
Mən hərb illərində son tikəsiniYetim bir uşaqla bölən görmüşəm.Yarıac oxuyub şən nəğməsini,Kədərli-kədərli gülən görmüşəm.
Kiminsə ağzından alıbBazardaQanı qiymətinə satan görmüşəm.Çəngəli çörəklə aşxanalardaSilib,Külqabını atan görmüşəm.
QəhrəmanAclığın məngənəsindəSıxılıb dönsə də kibrit çöpünə,Əqidə yolundaSon nəfəsindəDüşmən tikəsin yeməyib yenə.
Ürəklə qazansan əgər çörəyi,Demək o, qəlbinin saf nəğməsidir.Bəlkə buna görə çörək ürəyinƏn gözəl,Müqəyyəd qafiyəsidir?!
...Gəzirəm,Zəmilər şırım-şırımdır,Şırımlar içində sapsarı buğda.Onlar cücərəcək arzularımdır –Hələlik uyuyur qara torpaqda.
Gəzirəm çölləri,Zəmidir hər yan,Buğda dənələri elə bil zərdir.Mənim yaddaşımda qəfil oyananÇörəklə bağlanan xatirələrdir.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-corek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
گفته بودی با تو کار من به سر خواهد شدنکار سر سهل است اگر کارم به سر خواهد شدن
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli