Balıqlar
Doğrudan balıqlarınQəribə şakəri var:Dünya alt-üst olsa daDinmir,Susur balıqlar.Tora düşəndə beləBalıqlar yenə dinmir.Bəlkə balıqlar əslaKədərlənmir, sevinmir?!Biri bu qızılbalıq,Danışsa, dinsə əgərQızıltək sözlər deyər.Şahmayılar tavadaQovrulanda cızhacız.Baxır sükutla yalnız,Gör necə susur sazan,Gön qalın, gözlər iri;Danışsa yağdıracaqQaba-qaba sözləri.Sıf da susur, danışmır,Üst-başı tikan-tikan.Danışsa,Tikanlı sözTöküləcək ağzından.Hərçənd ki, lüm-lüm udurBalaca balıqları, –Zorgödən naqqa beləDanışsa, gəlsə diləSözüylə, nitqi iləKar edər qulaqları.Danışmır çapaq, xəşəm,Danışmır susur nərə.Bu balıqlar görəsənDanışmır nəyə görə?Sel gəlir dalğalarla,
Dalğa gəlir qatarla,Çay coşur ləpə-ləpə, –Balıqlar iri-iri,Balıqlar körpə-körpəÜzür belədən-belə.Onlar susurlar elə...Onlar susurlar elə...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-baliqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Süleyman Rüstəmə*Dedilər: köksünə xəncər saplanıb,
Fillər də ağlayarDolaşıb yanımda öz adətinləAtılıb-düşürsən, oyun açırsan.
Yedək gəmisiDartınır arxada yedək gəmisi,Gedir sükançısı özündən qabaq.
Savalanın zirvəsində qar görürəmSavalanın zirvəsində qar görürəm,Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Başqa şairlərin şeirləri
Yaz olanda büsatıdı dağların,Ətəyində yer eliyər elata.
GəlsinQıratı gətirdim cövlana, indiVarsa igidlərin meydana gəlsin!..
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.