Daşdan yaza-yaza elə bilməyin
Daşdan yaza-yaza elə bilməyinSoyuq daşa dönüb ürəyim mənim.Bunu yaxşı bilir yaxın da, yad da:Daim daşdan çıxıb çörəyim mənim.
Daşlar yara açıb bəzən üzümdə,Daşlarla qanayıb mənim dizim də.Dünyanın Femida tərəzisindəDaşla çəkilibdir əməyim mənim.
Soyuq daş oduna qızanda canımDaşlar insan kimi olub həyanım,Gah silahım olub, gah da qalxanım,Daim daşlar olub gərəyim mənim.Əsiri olmadım dövlətin, varın,Axı, nəyi yoxdu bizim diyarın?!Əli kəsilsəydi talançılarınQızıldan olardı dirəyim mənim.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-dasdan-yaza-yaza-ele-bilmeyin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zamanlar vardı ki,Mərd idin, insan idin.
KorO, giləsiz gözlərində qorxu, təlaşDöyəcləyir ağacını qır səkiyə.
Qağayılar ağlayırdıO, səssiz ayrılıb yoldaşlarındanTanış xiyabanla sahilə gəldi.
İnsan yalnız bir dəfə gəlir dünya üzünəİnsan yalnız bir dəfə gəlir dünya üzünə,Yalnız bir yol baxırıq aya, ulduzlara biz.