Kor
O, giləsiz gözlərində qorxu, təlaşDöyəcləyir ağacını qır səkiyə.Addımlayır ehtiyatla, yavaş-yavaş,Mən baxıram üzündəki səksəkəyə.
Elə bil ki, uçurumun önündədir,Bircə addım atsa sanki yıxılacaq.Bəlkə bilmir küçə nədir, səki nədir,Hara isə, hara isə gedir ancaq.
Budur, çatır bir səkinin qırağına,Bu tərəfə keçməlidir küçəni o.Bir hənirti gələn kimi qulağınaGünahkartək haraylayır keçəni o.
“Getmə, dayan, o tərəfə apar məni!”Ağacını qır səkiyə döyür yenə.Yazıq-yazıq o çağırır yol keçəni,Tələsirəm mən şikəstin köməyinə.
Bir əliylə bərk yapışır qolumdan o,Addımını cəsarətlə atır indi.Sanki qorxu duymamışdı yolunda o,Sanki gözlər mənim deyil, özünündür.
O, inamla addım atır irəliyə,Milyon gözlü bir insandı o, elə bil.Sanki bayaq çəliyini döyə-döyə,Qorxa-qorxa addımlayan heç o deyil.
Müsafirim bircə şeyi bilir ancaq:– Mən gözlüyəm! – bu onunçün həqiqətdir.Düşünürəm, gözlülərin arxasıncaKor olsan da, yol yerimək səadətdir!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-kor
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləm bilir bu həsrəti,Sinəmdəki məhəbbəti,
Mən səni yuxuda görürəm hər günMən səni yuxuda görürəm hər günƏn şirin arzular, diləklər kimi.
Yoxsa...Yoluna baxıram mən dönə-dönə,Hər kölgə bir vüsal vəd edir mənə.
Güzgü qabağındaGüzgü qabağında dayanmısan sən,Öz ay camalınla bəhsin gözəldir.
Başqa şairlərin şeirləri
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degülBillah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.