Bizə elə gəlir ki...
Ən gözəl şey bizdən uzaq olandı,Ən qiymətli – əlimizə çatmayan.Ən maraqlı – bizə yasaq olandı,Ən dərin söz – ağlımıza batmayan.
Böyük alim – danışmayıb susandı,Böyük təbib – başını çox bulayan.Böyük şair – dumanlı söz yazandı,Böyük natiq – sözü sözə calayan.
Yaxşı kitab – kitabların qalını,Vəfalı dost – dostluqdan çox danışan,(Arı heç vaxt tərifləməz balını,Gecə-gündüz çalışar ki, dola şan.)
Parıldayan nurböcəyi, şüşəni,Eh, nə qədər qızıl sanıb gözümüz!Bu təzadlar girdabına düşəliÖzümüzü aldadırıq özümüz.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-bize-ele-gelir-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir