Sən o qədər genişsən ki,Yerləşər bir cahan sənə.Bu ulduzlu kainat daİnan, sığır gen sinənə.

Sən o qədər dərinsən ki,Bu dərinlik içində sənGöz görməyən, əl çatmayanMin xəzinə gizləyirsən.

Sən o qədər təmizsən ki,Sularına baş vurandaElə bil ki, uçuram mənBir buludsuz asimanda.

Gah durğunsan ayna kimi,Gah coşqunsan, narahatsan.Çırpınanda şir kimisən,Bir quzusan susub yatsan.

Mənim ola dərinliyin,Genişliyin, qüdsiyyətin.Gah çalxanan, gah durulanBu dəlisov təbiətin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri