Ay usta, o daşı hörmə binaya,Gözüm su içməyir o daşdan, deyim.O bütün binanı verər fənaya,Qoy sənə sözümü bu başdan deyim.Daşın çürüyünü, safını gör ki,Xəcil eləməsin sonradan hörgü.Daşlara bənzəyir, usta, insan da,Hər kəs öz yerinə qoyulmayandaBənzəyir o sənin çürük daşına,Min bəla gətirir elin başına.Sonra bir müdriklik etsə də hər kəs,Onun nöqsanını düzəldə bilməz.Bir daşı quyuya salır bir dəli —

Onu çıxardammır vüz aqil əli.Kar aşmır sonrakı təlasdan, deyim,Qoy sənə sözümü bu başdan deyim.

Usta, göz qoyursan belələrinə: —Üzməyi bacarmır — gedir dərinə.Burnundan uzağı görə bilməyir —Dərsi alimlərə vermək istəyir.Yerdə ayıq maşın sürə bilməyir —Göydə “Tu-104”-ü sürmək istəyir.Yazıqlar olsun ki, bəzən sürür də,Qəzaya uğradır sərnişinləri.Bəzən alimlərə o dərs verir də,Bürüyür adamı xəcalət təri.Gətir qulağını, yavaşdan deyim,Qoy sənə sözümü bu başdan deyim.Biz uşaq deyilik... nə sən, nə də mən.Ay usta, keçmişik keşməkeşlərdən.Biz saflı-çürüklü daşlar görmüşük,Tədbirli, tədbirsiz başlar görmüşük.Tacını qızıldan biçməli başlar,Sabunlu kəndirə keçməli başlar.Sısqa tonqal kimi sönməli başlar,Günəşlə yanaşı durmalı başlar.Bir futbol topuna dönməli başlar,Pele təpiyiylə vurmalı başlar.Baş — hamar yolu da müdam əyirsə,Eli bəlalara sürükləyirsə —Bir kəlik yaxşıdır o başdan deyim,Qoy sənə sözümü bu başdan deyim.Ay usta, o daşı hörmə binaya,Gözüm su içməyir o daşdan deyim.O bütün binanı verər fənaya,Qoy sənə sözümü bu başdan deyim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri