Ölüm yaxın düşə bilmirBircə böyük məhəbbətə.Xəstəxana paltarındaMən inandım bu hikmətə.

Sən də yaxşı bilirdin ki,Dərmansızdır mənim dərdim.Bəlkə də sən olmasaydınBu dünyanı tərk edərdim.

Bilirdim ki, gözləyirsənAxşam, səhər, gecəyarı,Səpələnib yola, düzəBir cüt gözün intizarı.

Bilirdim ki, gözləyirsənSu gözləyən torpaq kimi.Bir qığılcım həsrətlisiOdu sönmüş ocaq kimi.

Gözləyirən müidə kimi,Bir gecikmiş xəbər kimi,Tutqun göydə al günəşiGözləyən bir səhər kimi.

Ürəyində qorxu vardı,Baxışında duman vardı,Xəyalında qovulası“Bəlkə” vardı, güman vardı,

“Bəlkə”lərin, gümanlarınkövrək simdən asılıydı.Sən bilmirdin mənim ömrümNədən, kimdən asılıydı.

Lakin yenə gözləyirdinYığnağında “bəlkələrin”.Səni qoyub gedəmməzdimQucağında “bəlkələrin”.

Səni qoyub gedəmməzdim,Onda namərd olardım mən.Torpağa da, məzara daAğır bir dərd olardım mən.

Gedəmməzdim, yorğan-döşəkSalsaydı da haldan məni.Gözləməklə qaytardın sənGedər-gəlməz yoldan məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri