Qarğalar qar üstə qara xalmıdır?Küknarlar yamyaşıl alova bənzər,Çöllərin örtüyü bəyaz şalmıdır?Təpələr çəkilmiş plova bənzər.

Qəmli xəstəxana pəncərəsindənÜrəyim qar üstə çiçək axtarır.Rusiya qışının mənzərəsindənBaxışım üçatlı xizək axtarır.

Çılpaq ağacların budaqlarındanMeh əscək sökülür qar uçqunları.Qopur bu nisgilli dodaqlarımdan:“Hanı Abşeronun yaşıl baharı?”

Hanı cır alçanın, kağız badamınYazda qar yağdıran ağ çiçəkləri?Günəş isidəmmir burda adamı,Buludlar qoynunda hey iməkləyər.

Bəyazlıq hökm edir,Nə gül, nə çəmən, –Loğmanlar axtara tapmaz səninçün.Bir az Bakı üçün darıxıram mən,Bir az bahar üçün,Bir az səninçün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar