Bir mələkə
“Molla Nəsrəddin” məcmuəsinə
Mahtablı gecə... Kənari-dərya,Əsməkdə nəsimi-xoş, müəttər.Titrədi yaşıl-yaşıl çəmənlər.Qəlbimdə cahan – cahani-sevda.
Bu anda mələkdi, yoxsa huri,Vicdanını inlədirdi bir qəm.Səslərdi həzin səs ilə hərdəm:“Aclıq bürüyübdü Zəngəzuri”.
Ay, ulduz olub da dərdə qəmxarSanki baxışırdı mat-məbhut.Bir qəmli sükut içində lahut,Dinlər o həzin sədanı təkrar.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-bir-meleke
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xasay gecə-gündüz küçələri ölçürdü. O indi Rəcəbin əlaltısı olmuşdu. Qələbəlik yerlərə soxulur, onun-bunun cibinə girirdi. Çox vaxt pivə satılan budkaların qarşısında əlində bir torba bişmiş noxud adamların içinə soxulur və paltarın üstündən cibləri axtarırdı. Birinin cibində pul olduğunu görüncə Rəcəbə göz-qaşla anladır, Rəcəb bir bəhanə ilə ona yanaşır, qolunu yuxarı qaldırıb o adamın şapkasını qolu ilə bərk aşağı basırdı. O adam Rəcəbin qolunun altından çıxmağa və şapkasını düzəltməyə çalışırkən Xasay fürsətdən istifadə edib tez onun cibinə girirdi. Xasay hər zaman müvəffəq ola bilmirdi. Çox vaxt adamlar xəbər tutur, onu döyür, söyürdülər. Bu acıların hamısını duyduğu halda, o yenə də bu çirkin işdən əl çəkmək istəmirdi.Rəcəbin Xasaydan əvvəl Həsən adlı bir əlaltısı da var idi. Həsən ağır və tənbəl bir uşaq idi. Oxumaq və işləməkdən qaçırdı. Ona görə də Rəcəblə yoldaş olmuşdu. Xasaydan sonra Rəcəbin ona bir o qədər ehtiyacı yox idi. Bununla belə çox vaxt hər ikisini yanına salıb ova çıxırdı.
IXRəcəb ov tulası kimi Xasayı yanına salıb ova çıxmışdı. O bu gün olduqca şıq geyinmişdi. Başında qiymətli şlyapa, boynunda qalstuk, əlində kitab və dəftərlə dolu bir portfel var idi. Zahirdən heç kəs onun əsil peşəsini təyin edə bilməzdi. Xasay onun arxasınca gedir, heyrətlə Rəcəbə baxıb gülürdü. Stansiyaya çatınca hər ikisi atılıb içi adamla dolu bir tramvaya mindi və dərhal adamların içinə soxuldu. Tramvayın ortasında üstü-başı təmiz iki nəfər danışırdı. Xasay onların o yan bu yanına keçib yoxlamağa başladı. birinin cibində pul olduğunu Xasay gözqaşla Rəcəbə bildirdi. Rəcəb o adama yanaşdı. Görməsin deyə iri portfelini onun köksünə sıxaraq əlini cibinə soxdu. Pulu iki barmağı arasında yavaşca çıxarmaq istərkən kişi anladı, tez əlini cibinə uzatdı, Rəcəb əlini onun cibindən çıxarınca kişinin əlinə toxundu. Kişi çəkilərək:– Ay, nə edirsən – deyə heyrətlə Rəcəbə baxdı.
XAxşamüstü idi. Adamlar sirkin kassası qarşısında toplanıb bilet alırdılar. O gecə yeni və gözəl nömrələr göstəriləcək idi. Xasay bilet almaq bəhanəsi ilə adamların içərisinə soxulmuşdu. Ancaq çox çalışdı, bir şey bacarmadı, axırda onu “xuliqan” deyə dümsükləyib qovdular. Xasayın bazarı tutmamışdı. Bir tərəfdə durub qəmli-qəmli düşünürdü. Bu zaman yaşlı bir qadın əlində sirk bileti onun yanından keçərkən Xasay bileti onun əlindən alıb qaçdı. Qadın arxasınca bağıra-bağıra qaldı... İçəridə oyun başlanmış, qadın getmişdi... Xasay biletini göstərib içəri girdi.Gecikmiş tamaşaçılar qapı ağzında toplanıb tamaşa edirdi, Xasay onların arasına soxuldu. Bu zaman təlim verənlərin birisi eşşəyin qulağından tutub səhnəyə gətirdi. Kiçik bir stol qarşısında durdular. Təlim verən üzünü tamaşaçılara tutub dedi:
XIKamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qəm çəkmə, qəm yemə, divanə könlüm,Yetirərəm səni yara bu gecə,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
KəsildiÇarx dolandı, üz döndərdi zamana,Əvvəl olan düz ilqarı kəsildi.
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,