Əsrlərdən bəri zülmə alışan,Qan içən, qan qusan, ey şər insan!Aldımı qəlbinizi qisvəti-şum?Yakdımı ruhunuzu badi-səmum?Görünürmü sizə xoş qanlı həyat?Unudulmuş bəşəriyyət, heyhat!Hamımız bir yuva pərvərdəsiyik!Hamımız bir günəşin zərrəsiyik!Ayırmaz bizləri təğyiri-lisan,Ayırmaz bizləri təbdili-məkan.Ayırmaz bizləri İncil, Quran,Ayırmaz bizləri sərhəddi-şəhan.Ayırmaz bizləri ümmanü mühit,Ayırmaz bizləri səhrayi-bəsit.Ayırmaz bizləri həşmətli cibal,Ayırmaz: şərq, cənub, qərb, şimal.Yetişər kinü ədavət daşımaq,Qoxumuş məzbəhələrdə yaşamaq.Uzadın dəsti-üxüvvət sıxalım.Rişeyi-zülmü, nifaqı yıxalım!Qəlbimizdə yaşasın möhrü vəfa.Verəlim bir-birinə dəsti-vəfa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri