Payız
Payız olur, əsir soyuq küləklər,Solur dağda, çöldə əlvan çiçəklər.Gecələr uzanır, günlər qısalır,Göy üzünü qara buludlar alır.Yağış yağır, duman çökür çöllərə,İnildəyir çayır, çəmən, dağ, dərə.Ağaclarda nə meyvə var, nə yarpaq,Bağ-bağçalar olmuş bütün çıl-çılpaq.Quşlar uçub dəstə-dəstə gedirlər,İsti yerə köçüb, qışlaq edirlər.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-payiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
DursunKiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
VətənEy çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Həyat sevgisiAh, mən gündən-günə bu gözəlləşənİşıqlı dünyadan necə əl çəkim?
Çiçək sevgisiSevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
NişanasıDuman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,