Vətən
Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!Fikrim sarayını dolaşırsan zaman-zaman,Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən!Baxdıqca həsrət ilə o solğun camalına,Çeşmimdə tar görsənir aləm, vətən, vətən!Axşam-səhər o gül üzünü isladan nədir?Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!Dəhşət içində cismi-şərifin donub durur,Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,Möhnət evi sanır onu adəm, vətən, vətən!Sənsən səbəb bəqayi-dilü cani-natəvanCanım kimi nolar səni sevsəm, vətən, vətən!Gördükcə dərdini əriyir cismi-natəvan,Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!Qarşımda dərd, matəmə batmış gözəl mələk,Səslər həzin səda ilə hərdəm: vətən, vətən!Ey xaki-pak, söndümü parlaq ziyaların?Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?Övladi-naxələfmi səni saldı bu günə?Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal,Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kuyi-dildar imiş, ey zahid, o cənnət dediyin,Qaməti-yar imiş, əlbət, o qiyamət dediyin.
Bunca cəfanı qıldı mənə yar, utanmadıBunca cəfanı qıldı mənə yar, utanmadı,Zülmündən əl götürmədi, bir an dayanmadı.
Vardır başımda şurişü qovğası dilbərimVardır başımda şurişü qovğası dilbərin,Çıxmaz yadımdan ol qədi-rənası dilbərin.
Qəsəm ol zülfünə ki, əldə bu can olsa idiQəsəm ol zülfünə ki, əldə bu can olsa idi,Ya ki bu qanə dönən qəlb nihan olsa idi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
بر جان و دلم غم تو آتش بیز است
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
از دهانش بسخن جز اثری نتوان یافتاز میانش بمیان جز کمری نتوان یافت