Vardır başımda şurişü qovğası dilbərin,Çıxmaz yadımdan ol qədi-rənası dilbərin.

Bənd-bənd kəsərsə cismimi, uf söyləməz dilim,Rəncidə olmasın dili-xarası dilbərin.

Zahid, nəsihət etmə mənə sən əbəs yerə,Çıxmaz başımdan eşq ilə sevdası dilbərin.

Can alsa da nə bak, o məxmur gözləri,Var zində etməyə dəmi-İsası dilbərin.

Sanma ki, tifldir, nə bilir rəsmi-eşqü-naz,Hər elmü fəndə var yədi-beyzası dilbərin.

Məqtə — şairin təxəllüsü olan son beyt. Can nəqdini əlində tutub Şaiqi-həzin,Qurban edər əgər ola iması dilbərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq