Bunca cəfanı qıldı mənə yar, utanmadı,Zülmündən əl götürmədi, bir an dayanmadı.

Kuyində pislik ilə keçirdim həyatımı,Bir busə ilə adımı axırda anmadı.

Yandım bu dərdi-eşqdə, bir çarə tapmadım,Bilməm neçin bu bəxti-siyəh bir dolanmadı.

Naləmdən oldu kül bu cahan içrə kuhü dəşt,Ey dil, neçin o türreyi-dildar yanmadı.

Naz ilə məst olub gecə-gündüz o mah ru,Bir ləhzə xabi-qəmzədən axır oyanmadı.

Zahid nə qədər etdisə mənbərdə pəndü vəz,Divari-eşqə zərrəcə rəxnə vurammadı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqin yolunu bunca ki, Şaiq edirdi teyy,Qeys hər qədər yüyürdü, yoruldu, çatammadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq