Eyləyən halimi viranə mənim dilbər olub,Gətirən qəlbimi suzanə o məhmənzər olub.

Daima meyli budur yar ola əğyar ilə,Deyələr, əqrəb ilə mah yenə rəhbər olub.

Naz ilə gül üzünə tökmədə giysulərini,Bu alan canımı sünbül kimi şux tellər olub.

Ey könül, düşmə bu sevdayə çəkib rəncü mühən,Sən kimi çoxları bu eşqidə qəmpərvər olub.

Məqtə — şairin təxəllüsü olan son beyt. Mey nədir, badəvü meyxanə nədir, ey zahid,Şaiqi sərxoş edən başqa meyü sağər olub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq