Qurbanın olum, aşiqinə eylə inayət,Göstər bu diləfsürdənə bir azca himayət.

O zülfü rüxundan elə bir ləhzə kənarə,Bu ölkəni qıl Kəbeyi-rüxsarə hidayət.

Oynat o qara qaş-gözü naz ilə, nigarım,Göstər bu cahan əhlinə möcüzlə kəramət.

Aç nitqi-şəkərbarını tuti kimi, ey yar,Saç ləlü ləbinlə dürü gövhər və həlavət.

Hey qibtə edir ruyinə gülşəndə çiçəklər,Çünki hanı onlarda belə incə lətafət.

Çaylar, meşələr cümlə mürəkkəb, qələm olsa,Bu hüsnünü haşa edə bilsin o hekayət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Can nəqdini Şaiq sənə vermişdi əmanət,Qurbanın olum, aşiqinə etmə xəyanət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq