Ərseyi-hüsnündə, ey dil, birgə ol mahruni gör
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ərseyi-hüsnündə, ey dil, bircə ol mahruni gör,Aşiqi-dilxəstəni pabənd edən giysuni gör.
Söylədim, bunca dolaşma vəhşi tək, ey xəstə dil,Dedi, get ol gözləri məst eyləyən ahuni gör.
Həlqeyi-zülfi o yarın damdır aşiqlərə,Bənd edən yüz aşiqi ol damidə bir muni gör.
Daneyi-xalın əzəl xoş göstərir mürği-dilə,Sonra gəl bax cövrinə, bir hiyleyi-hinduni gör.
Zülfü rüxsara dağıtmış dilbərim, sanki deyir:Mişki qiymətdən salan bu zülfi-ənbərbuni gör.
Gülşənə bu gül üzüm salmış necə xoş vəlvələ,Şöhrəti-hüsnün tutub hər şəhri, hər çarsuni gör.
Qaş-gözə hərdəm verəndə bir təkan yüz seyd edir,Bircə bu nazik bədəndə qüvvəti-bazuni gör.
Məqtə — şairin təxəllüsü olan son beyt. Guşeyi-mehrabidə Şaiq rəvadır ağlasa,Naseha, Allah rizasinə xəmi-əbruni gör.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-erseyi-husnunde-ey-dil-birge-ol-mahruni-gor
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sorucu gözündə sevda uçarkən,Ey xoş kölgəsində səfalandığım.
Yeni ay doğarkənTürk bikələri qiyafəsində alicənab bir qadın oğlu Yavuza yeni doğan Ayı göstərərək*Q a d ı n
O sən idinMən bir gözəllik heykəli, dilbər, afət bir pəri,Xəyalımda təsvir edər, durardım çoxdan bəri
Həyat-sevməkdirQurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.
Başqa şairlərin şeirləri · Eşq
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,