Sorucu gözündə sevda uçarkən,Ey xoş kölgəsində səfalandığım.O qönçə dodağın bir sirr açarkən,Uçan nəğməsilə havalandığım.

Yolçu yol ararkən düşər izinə,Qurtular baş qoyan sıcaq dizinə,Mən çoxdan vurğunam o şux gözünə,Ey oynaq nurilə ziyalandığım.

Ruhumda çırpınan dəli üsyan var,Qəlbimdə qaynayan zəhərli qan var,Beynimdə bir çılğın səsli vulkan var.Yanaram, görünməz oda yandığım.

Sənədir ümidim, ey parlaq ülkər,Mən də bir yolçuyam itkin, dərbədər.Qurtuluş yolunu mənə də göstər,Mələkdən, fələkdən uca sandığım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri