Əsrimizə xitab
Bilməm bu qanlı səhnənə, ey əsri-məymənətİzhari-nifrət etməli, yainki təhniyət?Dəhşətli yıldırımlarının qəhr, heybətiXof, ümid ilə yaşadır şanlı milləti.Qaldır dumanlı pərdələri, olsun aşikarAğ günmü, ya yenə qara günmü qabaqda var?Bu qırmızı alovlar içində nihan, nihanDoğmazmı nuri-mehrü məhəbbət cəhan-cəhan?Varmı ümid bir daha fəvz, səadətə?Ya çəkmədə bizi yenə girdabi-zillətə?Bu dalğalar, bu fırtınalar ki, edər səda,Bir sahilə səfinəmizi sövq edərmi ya?Bax, üstümüzdə qanlı buludlardır oynaşır,Məşriq dənizləri qabarır, yüksəlir, coşur.Bilməm bu dalğalar, bu məhabətli fırtınaİtlafə sövq edər bizi, yainki məmənə?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-esrimize-xitab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
DursunKiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.
İki müztərib yaxud əzab və vicdanSevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
VətənEy çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
در وصل هم ز عشق تو ای گل در آتشمعاشق نمیشوی که ببینی چه میکشم
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.