Yetim
Soyuq gecə, səs edirdi boran çox hiddət ilə,Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.Əli, üzü bozarıb, səslənir o dərdli yetim:– Soyuqdan öldüm, aman, dondu ah, bütün bədənim.Acam, donub ölürəm, yoxdu bir nəfər insanYemək verib mənə rəhm eyləsin bu gündə, aman!Yazıq yetimi bu halətdə bir qarı görcək,Alıb onu otağa, qızdırıb da verdi yemək.Yuyub ayaqlarını saldı tez onu yatağa,“Nə istidir!” – sevinib, getdi o, şirin yuxuya.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-yetim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*
Beşinci pərdəYeddinci şəkilPiri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona*
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Yandırdı məni yar bu hicran arasındaYandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.