Pulun hökmranlığı
Cahillər məclisinəBir gün bir alim düşdü,Pulun hökmüranlığın,İnsanın nadanlığınO, belə görməmişdi:Bu məclisi quranlar,Məclisdə oturanlar,
Biri dövlətdən dedi,Dediyini qanmadı.Biri millətdən dedi,Millətdən utanmadı.Biri sərvətdən dedi,Nələr sadalanmadı...Məclis “natiq”lə doldu,Danışmayan, dinməyən,Susan bir alim oldu.Yemişdilər elə bilBu cahillər “dilotu”,Yarısərxoş bir lotuDedi: – Dillən, ay alim,Ağzından dürr tökülsün,Alim sözü eşitsinBir az üzümüz gülsün:O, məclisə göz vurub,Sonra qəh-qəhlə güldü...Dedi: – Dillən, də bəsdi,Ürəyimiz söküldü.Alim dedi təmkinlə:– Sən məni yaxşı dinlə,Bu söhbətlər məclisdəƏgər gəlirsə xoşa,Məni düşməzsiz başa...O məclisi tərk edib,Dərhal evə qayıtdı,Üzü üstündə yatdı.Millət dərdi kişiniHönkür-hönkür ağlatdı.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-pulun-hokmranligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Qəmli könül şad olarmı?Əlbət dərdi-məlalı var.
Ağı gözlərBəyzadələr məclisinə gələndə,Ağlı kamil olan a yağı gözlər.
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?