Bağçalarda açır gül,Fərəhlənir hər könül.Uçur duman, qəm, kədər,Şən-şən ötür hər bülbül.

Yaşıllanır dağ, yamac,Bəzək vurur hər ağac.Dərə, təpə, çöl, çəmənÇiçəklərdən qoyur tac.

Bahar eylədikcə naz,Elin kefi olur saz.Əkir, biçir həvəslə,Deyir: – Var ol, gözəl yaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar