Uşaqlar
Yığışmış idi çocuqlar, edirdilər bayram,Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.
Deyib gülüb, danışırlardı şövqlə xürrəm,Biri-birinə baxırdı fəxrilə hər dəm.
Ayaq yalın, baş açıq, bir yetim möhnət ilə,Durub kənarda, ancaq baxırdı həsrət ilə.
Soluq-soluq o zavallı yetim çəkir idi ah,Çocuqlar iştə bu məqsumu gördülər nagah,
Yanaşdılar, onun əhvalına yanıb hamısı.Səməd görür ki, yol ilə keçir onun babası,
Qaçıb dedi: – Babacan! Bu yetimə gəl bir bax,Geyinmişik biz al-əlvan, o binəva çılpaq.
Gedib baba, şu yetimə libas alıb dərhal;Geyib, zavallı qarışdı çocuqlara xoşhal.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-usaqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilməm bu qanlı səhnənə, ey əsri-məymənətİzhari-nifrət etməli, yainki təhniyət?
İki mücahidSən, ey atəş vücudlu, oynaq atım!Ey ildırım baxışlı qol-qanadım!
MarşTürk ədəmi-mərkəziyyət firqəsi “Müsavat”a ithaf*Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Neçin böylə gecikdin?İntizar qarşısında*Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırpalanmış,
Başqa şairlərin şeirləri
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
“Biriniz od, biriniz su...”Oğul evləndirib qız köçürənlərTəzə duyğularla qol-boyun olur.
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?