Oğul evləndirib qız köçürənlərTəzə duyğularla qol-boyun olur.Qisməti səadət olsa nə qədərÜrək kövrəkləşir, göz yaşla dolur.

Nikahın müqəddəs zəmanətidirAtanın-ananın xeyir-duası.Bir arzu meyvəsi, əmanətidirYamyaşıl budaqda o “quş yuvası”.

Var olsun istisi, cəh-cəhi onun,Sahibləri bir an perik düşməsin...Nəsihət də qanun, arzu da qanun,Fərmantək qətidir hökmü bu səsin:

“Ərənlər sözüdür, eşitsin gəlin,Assın qulağından bunu oğlan da:Biriniz buz kimi suya çevrilin,Biriniz kükrəyib atəş olanda...”

Udduq nəsil-nəsil bu nəsihəti.Dinləyib baş əydik biz duya-duya.Olsun ər də müti, arvad da müti!Dönsün biri oda, o biri suya...

Bir deyən olmadı: kömür olacaqAxı, köz üstünə su töküləndə?!Bir deyən olmadı: qalayın ocaqÖmrün üfüqündə dan söküləndə.

Biriniz od tökün, biriniz alov,Taleyin sübhünü işıqlandırın!Çalın çaxmaq daşı, alışdırın qov,Nəsillər yolunda məşəl yandırın!

Bir deyən olmadı: olun çay, nəhr,Qarışıb çağlayan Kür – Araz kimi,Duyğu dalğaları olsun pələng, şir,Ömrünüz leysanlı – gülər yaz kimi...

Həmdəmlər ayrılıb, çevrilməsin, yox,Birisi atəşə, birisi suya.Məhəbbət hələ çox, arzu hələ çox –Dönməsin kösövə, sönən duyğuya.

Birlikdən yoğrulsun təbiətiniz –İkiniz də ya su, ya od olun siz.Qovuşub yetişin hər ülviyyətə –Ümmana, günəşə, əbədiyyətə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri