Ana və bala
Əliylə təkərli yüyürük tutanGənc ana mənimlə gəldi üz-üzə.Mən onu diqqətlə süzdüyüm zamanKörpə dönüb baxdı hər ikimizə.Gəlinin olmadı bundan xəbəri,Onun yüyürükdəydi qara gözləri...
Məktəb yoldaşımı tanıdım dərhal.Yanaşdım tutmaqçün ondan hal-əhval:– Salam! Zəhra bacı!Döndü gənc qadın...– Xoş gördük!– Xoş gördük! Nə tez tanıdın?– Bacı-qardaşlığı unutmaq olar?Çəkdi ötən günə məni duyğular...Məktəbə birlikdə gedib gəlmişikBu qonşu qızıyla on il sərasər.Bizi qardaş-bacı bilmişdir çoxu,Hanı o uşaqlıq, hanı o illər!Məktəb paltarını soyunmuş artıq,Daha şıq geyinib-gecinmiş bu gün:Çiynindən başına çəkdiyi yaylıqÜzünə ciddilik vermiş büsbütün.Qəlbən bağlansa da bu qadın elmə,Coşdurur könlünü analıq hissi.Daha yaxşı yazıb yaratmaq üçünYeni bir ruh verir ona körpəsi...Bu körpə dünyaya gələndən bəriOdur gecə-gündüz söhbəti, sözü.Görür varlığını, hissini onda,Elə bil təzədən doğulmuş özü.Lakin, gizli deyil, o gənc ananınÜzündə əvvəlki şölə azalmış.Çevik hərəkəti, təbəssümüsəQızlıq çağlarından nişanə qalmış...Bu vaxt maraqlanıb baxmaq istərkənOnun yüyürükdəydi qara gözləri...Körpə gülümsəyib uzatdı əlin,Yanaşdım götürüm....Bilcək fikrimiUtandı o nəcib, həyalı gəlinDoğma qardaşından utanan kimi.Uşaqsa diqqətlə baxırdı mat-mat,Elə bil hər şeyi o da qanırdı,Üzündə Zəhranın lalə yanağı,Gözündə gözünün odu yanırdı.Mən fərəh içində diqqətlə süzdümBu xoşbəxt ananı, balanı bir də.Ana üzündəki gənclik şöləsiGördüm ki, itməmiş zərrə qədər də...Bu gözəl təsadüf ruh verdi mənə.Bildim, gəncliyinin hər nemətini –Hüsnünü, odunu, təravətiniAnalar bəxş edir öz körpəsinə.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-ana-ve-bala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Telefon səsləndi hıçqırtı ilə:“Keçindi güvənci obanın, elin,
Təzə qalar, əziz qalarBalaca Xatirəyə*Zülmət çökdü bir həyətə,
SevilŞair idin – baxışların zillənərdi uzaqlara,Arzuların muncuq kimi düzülərdi varaqlara.
“Təcili yardım” kimiŞəhər tünlük, ləpələnir insan dənizi,Axşam-səhər işdən gəlir, işə gedirik.
Başqa şairlərin şeirləri
Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Sualın cavabıEy büti-gülrüxü sənubərqəd,Yarın olsun sənin xudayi-əhəd.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Kopdı yine gönülümde zemzeme-i ışkKopdı yine gönülümde zemzeme-i ışkSöylenür oldı içümde demdeme-i ışk