Neçin böylə gecikdin?
İntizar qarşısında
Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırpalanmış,Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış.Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri,Yakılar da, yakar bütün qayğı vurmuş elləri.Şu vətənin öksüzləri, gəlinləri, dulları,Göz yaşıyla sulanmış həp keçdiyiniz yolları.Yolunuzu bəkləməkdən bənizləri saralmış,Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış.Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz.Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.Başqasını istəməm də, ey türk, çabuq sən gəl, sən,Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən?Yollarına daşmı qalanmış? Ya azğın quldurlarBurakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,Ürəyində şölənənən mətin, qızğın atəşləYak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala!Xain, alçaq düşmənlərə yol gücünü həp göstər,Aç yolları, çabuk gəl ki, qəlbim səni pək istər.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-necin-boyle-gecikdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
ساقیم باده داد و بادم دادباده این بار مستزادم داد