Aslan, qurd və tülkü
Bir zaman tülkü, qurd, həm aslan –Hər üçü bağladı belə peyman;Ki bu gündən ələ nə düşsə şikarÜç yerə qismət eyləsin onlar.Hamı “əhsən” dedi bu dadlı sözə.Ov üçün çıxdılar bir otlu düzə.Dərə ağzında tapdı üç ortaq.Bir qoyun, bir keçi, quzu, oğlaq.Dedi aslan: – Gəlin ovu bölüşək,Bu qoyun ki, mənə çatar bişək.Quzu olsun gərək mənim payım,Çünki sizlərdə yox mənim tayım.Bu keçi də gərək mənə yetişə,Olmasın bir kəsin sözü bu işə.Oğlağa kim uzatsa əl, bunu bil,Eylərəm mən onun əlini şil.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-aslan-qurd-ve-tulku
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
Rüsvalığım oldu səbəbi-şöhrəti-dildarRüsvalığım oldu səbəbi-şöhrəti-dildar,Tərki-vətən etdimsə əgər, yarım üçündür.