Aldanma zahidə, sanma uludur,Qəlbi hiylə, riya ilə doludur.Həsəd ona sarılmış örkən kimi.Fitnə, fəsad onun tirmə çuludur.Bu gedişlə yetişməzsən bir yana,Zahid, bu yol, məncə, çox qorxuludur.Həsəd, qürur hər bir insanda olsa,Köpəkcə saymasan, məncə, yoludur.O kəsdə ki, yoxdur belə sifətlər,Şaiq onun satın alma quludur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri