Biri sənsən mələkciyim, biri mən
Qonşuda qarşı-qarşıya görünənİri camlı, genişcə pəncərədənİki baş daima çıxar dişarı,Bir-birinə baxar, gülər şən-şən...Bir patırtı pozar o nəşələrin.Seyd, səyyad ürkərək birdən,Sürət ilə çəkərsə başlarını,O baxışlardakı təəssürdənÇırpınır hey iki ürək, iki ruh,Şad, məhzun iki vücud, iki tən.O iki çırpınan, həzin düşünənBiri sənsən, mələkciyim, biri mən.Yamyaşıl gül-çiçəkli bir bağça.Döşənib sanki yerlərə xalça.Səhərin xoş nəsiminə qarşıAçılırkən gülümsəyir qönçə.Oxuyur şaxəsində bir bülbül,Səsi məhzun, dəyərli, həm incə.Dolanır qönçənin müdam başına.Ona bülbül məhəbbət etdikcə,Görünür qönçə məst, pürnəşə.Bülbülün bağrını dəlirsə tikən,O iki məst, müztərib görünənBiri sənsən, mələkciyim, biri mən.
Bir ağaclıq... axar önündən ab,Sakit axşamdı, nur saçar mahtab.Cökə altında baş-başa oturubİki sövdalı gənc əlində kitab,Danışır saf, təmiz məhəbbətdən.Bu görüş həm sevinc verir, həm əzab.Nazənin qız kimi süzürdü ay,Üstünə kölgə salmış idi səhab.Hər şeyə hökm edir sükut, yalnızTitrəyir ortalıqda busi-dəhən.O iki bəxtiyar – gülən, sevişənBiri sənsən, mələkciyim, biri mən.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-biri-sensen-melekciyim-biri-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük qardaşım Məmməd Səid Ordubadiyə ithaf*Yadımdadır, o gün ki sən sərilmişdin yatağa,
Ölümə həcvEy ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
VətənimEy vətən, ey gözəllərin gözəli!Qəlbimin ey sevimli şah əməli!
Səndən də xoşdurBəzəkli gəlindir yenə hər ağac,Dərələr, çəmənlər geymiş al-əlvan.