TƏQDİM ETDİYİM RƏSMİMİN ALTINA

Qəlbinə yəs, iğbirar açanGözlərimdə əməllərimdir uçan.Bəllidir hər baxışda dərd, qəmim,Baxma, əks eyləyər sənə ələmin.Ürəyimdə coşan bu fırtınalarSəni də mən kimi məlul eylər.Məni ağlar görüncə, sən gül, gül!Çünki əbr ağlayar, gülər sünbül.

Donuq bir çöhrədən dolğun üzüm bir lövheyi-müğbərr.Sönük bir didədən sönmüş gözüm bir bərqi-seylavər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar