Bəxtiyar bir çocuq kimi şən-şən,Daha dün söyləyib-gülərdin sən.Susdun eyvah, nerdəsən şimdi?Səni yoxluq uyutdumu əbədi?Məskənin oldu, ah, dar məqbər,Qoydun həsrətlə Şaiqi müğbərr.Qaldı bomboş o sevdiyin yuvamız,Sən pərilərlə göydə, mən yalnız.Nə çapıq soldun, ey bahar çiçəyi,Sənə qıydı nasıl əcəl mələyi?Ah, öldünmü, yox, yox, ölməmisən!Bəzənib ağ libasla yavrum, sənGetmisən hurilər ziyafətinə...Görəsən, ah, qaydacaqmı yenə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm